Toyda sərxoş halda səhnəyə çıxdı, qonaqlar videosunu yaydı

Toyda sərxoş halda səhnəyə çıxdı, qonaqlar videosunu yaydı
8084 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı müğənni Dima Bilan Qazaxıstanda qatıldığı toyda səhnəyə sərxoş halda çıxıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, məclisdən olan görüntülər qonaqlar tərəfindən sosial şəbəkədə sürətlə yayılıb. İfaçının bu hərəkəti izləyicilər tərəfindən tənqid edilib.

Hadisənin ardından D.Bilan video paylaşaraq həqiqətən sərxoş olduğunu deyib. Müğənni davranışını işin çoxluğundan qaynaqlanaraq yorulması ilə əlaqələndirib. O, göz yaşları içində özünə haqq qazandırmağa çalışıb:

"Bəzən insan sərxoş olur, bu sizin başınıza gəlməyib? Buna heç vaxt inanmaram. Artıq üç gündür yatmamışam: çəkilişlərim, mahnılarım, musiqilərim... Daim qığılcım vəziyyətindəyəm. Çox yorğunam, 40 yaşım var. Bu məni çox incidir. Anam ağlayır. Hekayələrimi izləyəndə çox utanıram".

Onun bu çıxışı müzakirələrə səbəb olub. Bəziləri ağır iş qrafikinə görə, ona haqq qazandırsa da, çoxu peşəkar sənətçinin belə səhvlərə yol verməsini düzgün hesab etməyib.