Məşhurlar mükafatını Tatlısəsə layiq görmədilər - Fotolar

Məşhurlar mükafatını Tatlısəsə layiq görmədilər - Fotolar
2032 dəfə oxunub
  • A-
  • A
  • A+

5 dekabr – Dünya Qadın Haqları Gününə təsadüf edən 47-ci “Altın Kelebek” mükafatlandırma mərasimində müğənni İbrahim Tatlısəsin “Yaşam boyu onur ödülü” mükafatına layiq görülməsi birmənalı qarşılanmayıb.

Axşam.az xəbər verir ki, qadınlara qarşı yönəlmiş şiddət və ifadələri ilə gündəmdə olan Tatlısəsin bu mükafata alması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Tənqid edənlər arasında Türkiyənin məşhur simaları da yer alıb.

Onlar keçmiş həyat yoldaşları Derya Tuna, Perihan Savaş, rəqqasə Asena və müğənni Yıldız Tilbe kimi bir çox qadına şiddət göstərən Tatlısəsin buna layiq olmadığını ifadə ediblər.

Postlar arasında qadına şiddəti əks etdirən "El kızı" serialının aktrisası Sedef Avcı Kasabalının paylaşımı da diqqət çəkib. O, "Bir sənətçiyə mükafat veriləcəksə, icra etdiyi peşədən başqa davranışları ilə də cəmiyyətə örnək olmalıdır. Cəmiyyət olaraq nəyi təqdirə layiq görürük?" sözlərini işlədib.

Qeyd edək ki, Tatlısəs öncəki açıqlamalarında “Qadın döyülər də, sevilər də... Döyəcəksən dedikdə ağzını, burnunu qırmayacaqsan. Qadın susmağı, ləyaqətini necə qoruyacağını biləcək... Amma davamlı dır-dır edərsə, olmaz. Adamda dayanma həddi var” kimi ifadələrə yer verib.