İrina Şeyk lüks mənzilini 8,2 milyona satır - Fotolar

İrina Şeyk  lüks mənzilini 8,2 milyona satır - Fotolar
3547 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur model İrina Şeyk Nyu-Yorkda yerləşən lüks mənzilini satışa çıxarıb.

Axşam.az xəbər verir ki, model 8,2 milyon dollar qarşılığında onu yeni sahibinə təqdim edəcək.

Yaşayış binasında yerləşən ikiotaqlı mənzilin şəxsi terası var. Ev döşəmədən tavana qədər pəncərələrlə əhatələnib. Mənzildən Hudson çayının mənzərəsini izləmək mümkündür.

Evin yerləşdiyi binada idman zalı, qapalı hovuz, spa, sauna, yoqa otağı və geniş yaşıllıq sahəsi var. Binada Ben Stiller və Jon Bon Covi kimi məşhurların da evləri yerləşir.

Qeyd edək ki, İrina mənzili 2016-cı ildə 6 milyon dollara investisiya məqsədi ilə alıb. O, mənzili ayda 20 min dollara kirayə verirdi.