"İlin dəb ikonu"ndan maraqlı - Fotosessiya

"İlin dəb ikonu"ndan maraqlı - Fotosessiya
3170 dəfə oxunub
  • A-
  • A
  • A+

"Interview" maqazin saytının növbəti qonağı aktrisa Zendaya (Zendaya Koulman) olub.

Axşam.az xəbər verir ki, karyerası ilə bağlı açıqlama verən aktrisanın fotosessiyası da maraq oyadıb.

Zendaya müsahibəsində yaradıcılıq planlarından danışıb. O, etiraf edib ki, gələcək işləri ilə bağlı dəqiq bir planı yoxdur, özünü hansısa çərçivəyə salmır, sevdiyi və zövq aldığı şeyi etməyə üstünlük verir. Aktrisa özünü fərqli sahədə görməkdən çəkinmədiyini vurğulayıb. Məşhur ulduz özünü rejissor kimi də sınamaq istəyir:

"Rejissor olmaq fikri məni həyəcanlandırır. Buna görə də tez-tez çəkilişlərdə oluram. Əgər məni çəkmirlərsə, öyrənməyə çalışıram və heyətdən işin incəliklərini izah etmələrini xahiş edirəm".

Zendayanın artıq gələcək film üçün ideyası belə var. O, iki qaradərili qız arasında yaşanan sevgi hekayəsini lentə almaq istədiyini bildirib.

Qeyd edək ki, Zendaya "CFDA" dəb mükafatlarının təqdimat mərasimində "İlin dəb ikonu" adına layiq görülüb.