Axşam.az xəbər verir ki, aktyorun artıq çəki alması obyektivlərdən yayınmayıb. Bir zamanlar ən yaraşıqlı aktyoru seçilən Bred Pittin bu halı pərəstişkarları tərəfindən bəyənilməyib.
2016-cı ildə keçmiş həyat yoldaşı aktrisa Ancelina Colidən ayrılan aktyor hazırda özünü yeni münasibətə hazır hiss etdiyini açıqlayıb. Lakin o, Hollivud ulduzu olduğu və insanlar tərəfindən tanındığı üçün kiminləsə çay içməyə harasa gedə bilməməsindən şikayətlənib. O, özəl həyatı ilə, xüsusən də kiminləsə tanışlıq mərhələsində olarkən mediada yer almaq istəmədiyini vurğulayıb.