Yaşar Nurinin 70 illik yubileyi keçirildi - Fotolar

Yaşar Nurinin 70 illik yubileyi keçirildi - Fotolar
1913 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum Xalq artisti Yaşar Nurinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Axşam.az xəbər verir ki, gecə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində baş tutub.

Aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva və qızı Ülkər Nuriyeva Yaşar Nuri ilə bağlı xatirələrini bölüşüblər. Xatirə gecəsi Yaşar Nuriyə həsr olunmuş videoçarxla davam edib.

Tədbirdə Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Zakir Əliyev, Elza Seyidcahan çıxış edib.