Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ötən gün İstanbulun Bebek səmtində yenə kameralardan qaçmaq istəyərkən çətin vəziyyətə düşüb.
Axşam.az xəbər verir ki, aktrisa getdiyi salondan ön qapı yerinə arxadan çıxmağa çalışıb. Bu zaman dəmir hasarı atlayan Nəsrin çıxışı olmayan yola girdiyinin fərqinə varıb. O, obyektivlərdən qaça bilməyəcəyini anladıqdan sonra vəziyyətdən çıxmaq üçün toyla bağlı suallara cavab verib:
"Bunun harasından tutursan-tut biabır olduq. Nişan olub deyə, toyla bağlı suallar verilir. Ona görə də bu cür arxa qapılardan qaçmağa çalışırıq. Onu da bacara bilmirik. Heç olmasa atladığım hasarı çəkin".
O, bir neçə gün əvvəl nişanlısı, aktyor Gökhan Alkanın doğum gününə etdiyi sürprizdən də danışıb. Nəsrin toy konsepti ilə bağlı maraq oyadan suallara "Sadəcə bir konsepti var idi, toyla bir əlaqəsi yoxdur. Serialda və ya sosial mediada evlənirmiş kimi görünsəm də, ərə getmirəm" sözləri ilə fikir bildirib.