Dəfələrlə eyni paltarı geyindiyi üçün tənqid edilən hersoginya Keyt Middltonun qalmaqallı üslubundakı həqiqət ortaya çıxıb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, şahzadə Uilyamun həyat yoldaşı Keytin sevimli paltarını iki fərqli rəngdə seçir.
Məsələn hersoginya 2016-cı ilin iyununda Almaniyaya səfəri zamanı iştirak etdiyi mərasimdə 2000 funt-sterlinq dəyərində "Catherine Walker"dən qırmızı paltar geyinib. O, bu libasın mavi variantı ilə də obyektivlərə tuş gəlib.

O, 2017-ci ildə hərbi mərasimdə "Alexander McQueen"dən olan 2500 funt-sterlinq dəyərində açıq çəhrayı don seçib. Keyt geyimin bənövşəyi çaları ilə 2018-ci ildə Şahzadə Yevgeniyanın toyunda görüntülənib.

O, keçən həftə Londonda keçirilən mərasimdə, apreldə Şahzadə Filipin dəfn mərasimində geyindiyi 2500 funt-sterlinq dəyərində olan "Catherine Walker" qırmızı paltosunun qarasını geyinib.

Keyt Middltonun müxtəlif rənglərdə üstünlük verdiyi libasların bəzilərini təqdim edirik.