Məşhur ərəb yutuber Xalid əl-Əmiri ailəsi ilə birlikdə Bakıya gəlib.
Axşam.az xəbər verir ki, ailəsi ilə dünyanı gəzən Xalid Azərbaycandan görüntülərini sosial şəbəkə hesabında bölüşüb. O, xanımı Salama Məhəmməd və övladları ilə İçəri şəhərdə olub.
Səhər yeməyindən paylaşım edən bloger "Bu masada hər şey var. Bütün məhsullar isə yerlidir" sözlərini söyləyib.
Xalid paylaşdığı fotoya isə "Birlikdə səyahət edən ailə birlikdə qalır, ya da bir-birini tamamilə dəli edir. Gedirik, görək bu dəfə nə olacaq" sözlərini əlavə edib.
Qeyd edək ki, Xalid əl-Əmiri BƏƏ-də doğulub. Yutuber Salama Məhəmməd adlı xanımla ailəlidir. Xalidin instaqramda 1,8 milyon, xanımının isə 1,2 milyon izləyicisi var.