Tolqa Karel düşdüyü qəzanın görüntülərini yaydı - Fotolar

Tolqa Karel düşdüyü qəzanın görüntülərini yaydı - Fotolar
2070 dəfə oxunub
  • A-
  • A
  • A+

"Yaprak dökümü" serialı ilə məşhurlaşan türkiyəli aktyor Tolqa Karel bir il əvvəl düşdüyü qəzanın görüntülərini yayımlayıb.

Axşam.az xəbər verir ki, aktyorun uzun müddətdən sonra həmin videoları ortaya çıxartmasına səbəb 4 nəfərin ölümünə səbəb olan "TIR" sürücüsünə 110 il həbs cəzasının verilməsi olub.

Sürücünün qəzanı törətməsinə səbəb Tolqanın yaşadığı eyni problemdən, əyləcin partlamasından yaranıb. O, əgər əsas yolda qəzanı törətsəydi bənzər aqibətin onu da gözləyəcəyini vurğulayıb. Aktyor hadisənin nə qədər acınacaqlı olduğunu bildiyini ifadə etsə də, sürücünün günahsız olduğunu vurğulayıb.

Tolqa paylaşımından sonra haqqında ölümü ilə bağlı çıxan xəbərləri təkzib edərək, qəzanın 2020-ci ildə baş verdiyini xatırladıb.