Məşhur reper ikinci dəfə evləndi - Fotolar

Məşhur reper ikinci dəfə evləndi - Fotolar
851 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur rusiyalı reper Quf (əsl adı - Aleksey Dolmatov - red.) ikinci dəfə ailə həyatı qurub.

Axşam.az xəbər verir ki, dekabrın 21-də 42 yaşlı reperin 25 yaşlı sevgilisi Yuliya Koroleva ilə nikahı baş tutub. Cütlük mərasimin təfərrüatlarını açıqlamayıb. Onlar sosial şəbəkədə yalnız bir neçə toy fotoları paylaşmaqla kifayətlənib.

Qeyd edək ki, Quf daha əvvəl Aiza Dolmatova ilə evli olub. Onun bu evlilikdən Sami adlı oğlu var.