Göz qapağı dolğun olanlar necə makiyaj etməlidir?

Göz qapağı dolğun olanlar necə makiyaj etməlidir?
2062 dəfə oxunub
  • A-
  • A
  • A+

Göz qapaqları dolğun və aşağı hissəni tamilə qapayanlar göz makiyajı çəkərkən bir çox problemlə qarşılaşır. Bu zaman qalın çəkilsə belə layner görünməyə və ya tam tərsi dəri bir-birinə toxunduğu üçün silinə bilər.

Axşam.az bu tip göz qapaqlarına sahib olan xanımlar üçün göz makiyajını necə çəkmək lazım olduğunu təqdim edir.

1. Həmişə göz kölgəsindən istifadə edin

Göz qapaqlarının bükülməsi makiyajın cizgilər arasında toplanmasına və dağılmasına səbəb olur. Buna görə də, göz makiyajına başlamazdan əvvəl, qapaqlara baz, daha sonra kölgə tətbiq edin.

2. Suya davamlı makiyaj ləvazimatları

Mümkün olduqda suya davamlı layner, ten və ya karandaşdan istifadə edin.

3. Düz qarşıya baxın

Gözə makiyaj çəkərkən adətən aşağıya baxır və ya ümumiyyətlə bağlayaraq tətbiq edirlər. Lakin göz qapaqları dolğun olanlar güzgüdə düz irəli doğru baxaraq layner çəkməlidir. Bu zaman açıq vəziyyətdə olarkən çəkilən göz makiyajının görünməsini və necə durğunu asanlıqla müşayiət edə biləcəksiniz.

4. Göz kölgəsini daha üst hissəyə çəkin

Göz kölgəsi çəkərkən qırışdan, yəni üst-üstə düşən bölgədən bir az yuxarı çəksəniz, gözünüz açıq olduğu zaman makiyajınız olduğu kimi görünəcək.

5. Tuş yerini dəyişin

Kirpiklərin daxili və xarici künclərindən fərqli olaraq orta kirpiklərə diqqət yetirin. Bu, gözlərinizi daha yuvarlaqlaşdıracaq və onların formasını balanslaşdıracaq.