"Utanmır, 60 yaşı var, damağında siqaret" - Anar Ağakişiyev

"Utanmır, 60 yaşı var, damağında siqaret" - Anar Ağakişiyev
10996 dəfə oxunub
  • A-
  • A
  • A+

"Ailə və övlad böyük məsuliyyətdir. Ailə qurmağa hazır deyiləm. Əvvəl çox istəyirdim ki, 2-3 qız övladım, böyük bir ailəm olsun. Sosial şəbəkələrdə görürəm ki, uşaq dünyaya gətirib sonra atırlar, öldürürlər. Onları qəti qınamıram. Çünki hər kəs həyatını özü bilər. Qınama ki, özün də nə vaxtsa qınaq obyektinə çevrilə bilərsən. Özüm özümə sual verirəm ki, gör həyat bunu nə dərəcəyə gətirir, insan öz parçasını küçəyə atır. Bəlkə də pandemiya düşməsə idi, mən indi ata olmuşdum".

Axşam.az xəbər verir ki, bu sözləri məşhur stilist Anar Ağakişiyev "Üzə-düz" proqramına açıqlamasında deyib. O, ailə qurmaq arzusundan söz açıb:

"Baş verənlər qaldı 2019-cu ildə. Həyatımda yeni bir mərhələ başlayacaqdı. Belə məsləhət idi, yəgin belə olmalı imiş. İncitmir məni. Övladlığa uşaq götürmək barədə düşünmürəm, çünki genlərə çox inanıram. Rəsmi nikah bir müddət olmasa da bu normaldır. Amma övladın doğum haqqında şəhadətnaməsində onun ata, anasının adı yazılmalıdır. Cəmiyyətə faydalı övlad verəcəyəmsə, ata olacam. Yoxsa bir işarə olsun deyə ata olum, ata bilməsin ki, övlad harada yatır, yeyir, yox, bunu qəti istəmərəm. Mən belə şeylərdə çox qəddaram. Anam mənə cəmi bir dəfə demişdi ki, səni nə zamansa haram yeyən görsəm, əllərini qapının arasına qoyub, bərk bağlayacam.

Heç vaxt ailə üzvlərimi kamera önünə gətirməmişəm. Milli düşüncədə bir insanam. Bir xanımın cəmiyyət içərisində siqaret çəkməsinə pis baxıram. İstər vətəndə, istərsə də xaricdə belə mənzərə görəndə deyirəm ki, buna bax, utanmır, 60 yaşı var, damağında siqaret... Gənc qızlar yayda göbək nahiyəsini açır, yaxşı baxmıram. Hər şeyin həddi var. Çərçivələrlə yaşamaq lazımdır".

Stilist peşəsindən danışan Ağakişiyev keçirdiyi çətin günləri xatırlayıb:

"Bu sənətə başlayanda dərk edirdim ki, dərinliyinə kimi öyrənəcəm. Heç vaxt da xəyanət etməyəcəm. Öyrənmək üçün isə mənə illər lazım olacaq. Tələbə ikən Sədərəkdən aldığım bir idman ayaqqabım və cins şalvarım var idi. Heç vecimə də deyildi. Prinsiplərim var idi. Başa düşürdüm ki, zaman gələcək mən mağazaya girəcəm və oradan ən bahalı ayaqqabını sifariş verəcəm. Bizim sahəni o qədər ucuzlaşdırıblar ki, evindən bezən, əlinə qələm götürə bilməyən hamı bu sahəyə gəlir. Halbuki mən xəyallarımda tam başqa bir şey bilirdim. İstəyirdim ki, salon səviyyəsi gözəllik mərkəzinə çevrilsin. Bu, belə olmadı, oldu bazar. Ər arvadına hədiyyə üçün böyük sərmayə qoyub salon hədiyyə edir. Azərbaycanda heç bir salon mənə rəqib ola bilməz".

Ayaqqabıları ilə bağlı görüntülərdən bəhs edən Anar bunları əlavə edib: 

"Bu yaxınlarda yeni evə köçəndə başa düşdüm ki, məndə bir xəstəlik var: ayaqqabılara olan sevgi xəstəliyi. 800 ədəd ayaqqabım var. Ən ucuzu 200-250 dollar, ən bahalısı 3000 dollar. Ortalama qiymət 700-800-1000 dollar".