Aygün Kazımovadan ad günündə sevənlərinə hədiyyə - Video

Aygün Kazımovadan ad günündə sevənlərinə hədiyyə - Video
2694 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Xalq artisti Aygün Kazımovanın 51 yaşı tamam olur. 

Axşam.az xəbər verir ki, müğənni özəl günündə də pərəstişkarlarını unutmayıb və onları sevindirib. Kazımova sevənlərinə hədiyyə təqdim etmək qərarına gəlib.

İfaçı yeni rusdilli albomundan olan “Nirvana” mahnısına çəkilmiş klipi təqdim edib. “Yeni klipimi sizinlə paylaşmaq üçün daha yaxşı gün düşünə bilməzdim!” deyə, A.Kazımova bildirib.

Klipin rejissoru Əli Abbasov, montajını isə Fuad Əlişov edib.