Daha bir teatrın aktyorları koronavirusa yoluxdu

Daha bir teatrın aktyorları koronavirusa yoluxdu
874 dəfə oxunub
  • A-
  • A
  • A+

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında iki tamaşanın nümayişi koronavirusa görə təxirə salınıb.

Bu barədə Axşam.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, qərar aktyorların COVID-19-a yoluxduğu üçün qəbul edilib:

“Teatr fəaliyyətini davam etdirir. Digər tamaşalar nümayiş etdirilir”.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.