Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, tərcüməçi Əli Vəkil vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə AYB məlumat yayıb. Bildirilib ki, şair bu gün ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, Əli Vəkil (Səfiyev Əli Vəkil oğlu) əmək fəaliyyətinə Ermənistan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan dilində verilişlər redaksiyasında diktor-redaktor kimi başlayıb. 1972-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şairin “Zəfər çələngi” (1967), “İki günəş” (1971), “Doğma Yollar” (1979), “Ata həsrəti” ( 1979), “Göyərçinlər” ( 1983), “Yeddi dağ” ( 1984), “Şəlalə” (1988), “Ana qayğısı” (1991) kimi kitabları çap olunub.