Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdindəki İncəsənət Kollecinin direktoru, Əməkdar rəssam, professor Fikrət Həşimov vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə rəssamın yaxınları sosial mediada məlumat yayıb. Bildirilib ki, F.Həşimov bu gün 73 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Fikrət Həşimov 2002-ci ildə “Əməkdar rəssam” fəxri adı ilə təltif edilib. Onun dünyanın bir çox sərgi mərkəzlərində, rəsm qalereyalarında 30-dək sərgisi təşkil edilib.