Fəxrəddin Əli vəfat etdi

Fəxrəddin Əli vəfat etdi
722 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Fəxrəddin Əli 83 yaşında vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, sənətkar fevralın 8-də dünyasını dəyişib.

Qeyd edək ki, F.Əli 1938-ci il mayın 10-da Zəngəzur mahalının Mehri rayonun Nüvədi kəndində sənətkar ailəsində doğulub. Onlarla yağlı boya ilə çəkilmiş əsərləri respublikada və xarici ölkələrdə nümayiş etdirilib. Sənətkarların əsərlərinə, Azərbaycan muğamlarına çəkdiyi miniatürlər, “"Şəhidlər" xalçası, şəxsi portretlər, Türkiyə mövzusunda əsər və bir neçə kitabın müəllifidir. Əsərləri AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, eləcə də ölkəmizdə və xaricdə muzeylərdə saxlanılır.