Kökəldiyi üçün sənətdən getmişdi - "Daha gizlənməyəcəyəm"

Kökəldiyi üçün sənətdən getmişdi - "Daha gizlənməyəcəyəm"
3334 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir zamanların məşhur modeli Linda Evanqelista liposaksiya əməliyyatından sonra bədənində yaranan qalıcı deformasiyalara görə sənətdən uzaqlaşmalı olub.

Axşam.az xəbər verir ki, podiumlardan, moda çəkilişlərindən uzaq duran Linda zaman-zaman paparatsilərin obyektivinə tuş gəlib. Həmin görantülərdə 56 yaşlı keçmiş modelin kökəldiyi diqqətdən yayınmayıb. O, özü də ötən il verdiyi açıqlamada bədəninin həqiqətən deformasiyaya uğradığını və bu səbəbdən depressiyada olduğunu vurğulayıb.

Dünən isə "People" jurnalı modelin bədənində baş verənlərlə bağlı müsahibə və çəkiliş dərc edib. Linda hazırkı görkəminə görə utandığını bildirib:

“Podiuma çıxmağı çox sevirdim. İndi tanıdığım birinə rast gəlməkdən qorxuram. Daha belə yaşaya bilmərəm, gizlənirəm, utanıram".

Model iddia edir ki, o, 2015-ci ilin avqustundan 2016-cı ilin fevralına qədər "CoolSculpting" ("yağ dondurma") prosedurunun yeddi seansından sonra onun yağ hüceyrələri azalmalı olduğu halda tam əksi artıb:

"Səhv etdiyimin fərqinə varandan bunu düzəltməyə çalışdım. O yerə gəlib çatmışdım ki, artıq heç nə yemirdim. Düşündüm ki, dəli oluram”.

O, əlavə edib ki, üç ay ərzində çənəsində, ombasında, döş və qoltuqaltı nahiyələrində qabarıqlıqların yarandığını və get-gedə daha da böyüdüyünü vurğulayıb. Linda təsirlərin təkcə çəki ilə bağlı olmadığını, hətta duruşuna təsir etdiyini söyləyib.

Sonuncu prosedurdan dörd ay sonra Lindaya paradoksal yağ hiperplaziyası diaqnozu qoyulub. Bu, yağ toxumasının kiçilməsi əvəzinə daha da genişləndiyi nadir yan təsirdir. Bunu isə nə pəhriz, nə də idmanla düzəltmək mümkündür.

Linda 2021-ci ilin sentyabrında "Zeltiq Aesthetics Inc." şrkətinə qarşı məhkəmədə iddia qaldırıb. Supermodel ona prosedurlardan əvvəl xəbərdar edilmədiyi və işdən kənarlaşmaq məcburiyyətində qalması səbəbi ilə şirkətdən 50 milyon dollar təzminat tələb edir:

“Bu gün beş ildən artıqdır ki, özümdən belə gizlətdiyim və əziyyət çəkdiyim bir səhvi düzəltmək üçün addım atdım. Artıq bədənimi nümayiş etdirməyə və keçdiyim bu yol haqqında danışmağa qərar verdim. Eyni vəziyyətdən keçmiş digər qadınlara da kömək etməyə çalışacağam. Utanmayacağam, artıq bu, mənim məqsədimdir. Daha gizlənməyəcəm”.

Qeyd edək ki, Linda 2015-ci ildən bəri kamera qarşısına keçmir.