Afət Fərmanqızı məhkəməyə verildi

Afət Fərmanqızı məhkəməyə verildi
5831 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Afət Həsənova (Fərmanqızı) barəsində xüsusi ittiham qaydasında şikayət olunub.

Axşam.az APA-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinə daxil olan şikayətdə müğənninin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilir.

Şikayəti hakim Mahirə Kərimova araşdıracaq.

Qeyd edək ki, Afət Fərmanqızı kimi tanınan müğənni Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.

Müğənni ötən həftə məhkəmədə ifadə verib.