Böyük Britaniya "Avroviziya" təmsilçisinin adını açıqladı

Böyük Britaniya "Avroviziya" təmsilçisinin adını açıqladı
328 dəfə oxunub
  • A-
  • A
  • A+

Böyük Britaniyanı “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək ifaçının kimliyi açıqlanıb.

Axşam.az xəbər verir ki, bu haqda Eurovision.tv məlumat yayıb. Bildirilib ki, bu il müsabiqədə ölkəni Sem Rayder təmsil edəcək.

Sem yarışmada "Space Man" mahnısı ilə çıxış edəcək.

Qeyd edək ki, Azərbaycanı “Avroviziya-2022”də Nadir Rüstəmli təmsil edəcək. Onun ifa edəcəyi mahnı martın ortalarında təqdim olunacaq. Azərbaycan mayın 12-də keçiriləcək yarımfinalın birinci hissəsində çıxış edəcək.