Xurşidbanu Natəvanın 190 illiyi qeyd ediləcək - Sərəncam

Xurşidbanu Natəvanın 190 illiyi qeyd ediləcək - Sərəncam
368 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Prezidenti İlham Əliyev Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 

Axşam.az xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xurşidbanu Natəvanın 190 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.