Miri Yusifdən Ukraynaya dəstək - "Göyə sarı"

Miri Yusifdən Ukraynaya dəstək - "Göyə sarı"
1097 dəfə oxunub
  • A-
  • A
  • A+

Xaq artisti Miri Yusif "Göyə sarı" adlı yeni klipini təqdim edib.

Axşam.az xəbər verir ki, müğənni klip vasitəsi ilə Ukraynaya dəstək olduğunu ifadə edib. Klipdə Ukraynadan olan görüntülərlə yanaşı Azərbaycanın torpaqlarını azad etdiyi Vətən müharibəsindən olan kadrlar da yer alıb. 

Mahnının musiqisi Miri Yusifə, sözləri ifaçının özü və Fariz Zeynalova məxsusdur.

"Bomba səslərinin olmadığı bir dünyada uşaqların gülüş səsləri ucalsın göyə sarı. Sülh arzumuzu insanlara bu mahnını paylaşaraq çatdıraq" deyə, sənətçi bildirib.