Elçin bəstələdi, Nazim oxudu, Abbas isə klip çəkdi

Elçin bəstələdi, Nazim oxudu, Abbas isə klip çəkdi
1696 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni-bəstəkar Hacı Nazim Məmmədov "Adam" adlı mahnısına çəkdirdiyi klipi təqdim edib.

Bəstənin musiqisi Elçin Cəfərov, sözləri Sevinc Çılğına aiddir. Klipin rejissorluğunu isə Əməkdar artist Abbas Bağırov edib.

Yeni layihəsi ilə bağlı Axşam.az-a açıqlama verən Hacı Nazim bildirib ki, Elçin Cəfərov bu mahnını məxsusi olaraq onun üçün bəstələyib:

“Elçin, Sevinc Çılğın və Abbas Bağırov birləşib mənim üçün bu işi ərsəyə gətirdilər ki, mən artıq daşı ətəyimdən töküm və oxuyum. Məni həvəsləndirmək üçün bir araya gəldilər”.