Anarın Demetə etdiyi makiyaj müzakirələrə səbəb oldu - Foto

Anarın Demetə etdiyi makiyaj müzakirələrə səbəb oldu - Foto
10921 dəfə oxunub
  • A-
  • A
  • A+

Stilist Anar Ağakişiyevin müğənni Demet Akalına etdiyi makiyaj müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, yeni layihəsi üçün Anarla çalışan ifaçıya stilist fərqli makiyaj edib.

Demetin bu görünüşü "Söylemezsem olmaz" proqramında müzakirələrə səbəb olub. Belə ki, onlar Akalının çox fərqli göründüyünü söyləyib.

Bircan Bali "Azərbaycandan Anarı gətirib, möhtəşəm olub" sözlərinə Seren Serengil "Cennifer Lopesə bənzəyib" cavabını verib.

Arto isə "Effektsizdirsə, möhtəşəmdir. Cenniferin Lopesin itən qardaşı tapıldı" deyə, reaksiya verib. 

Demet Akalın isə fotonu instaqram hesabında yayımlayaraq "Bu, adamın sehridir" sözlərini yazıb.