Nuray üçün 500 min manat yardım toplandı - Video

Nuray üçün 500 min manat yardım toplandı - Video
2924 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-də yayımlanan “Səni axtarıram” verilişinə yardım üçün müraciət edən Nuray Əmirlinin əməliyyatı üçün yardım kampaniyası elan olunub.

Axşam.az xəbər verir ki, bu gün verilişdə Nurayın əməliyyatı üçün lazım olan 500 min manat toplanıb. Bu barədə məlumatı Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verilişinin canlı efirində elan edib. 

Belə ki, leykoz xəstəliyindən əziyyət çəkən Nuraya ilik nəqli üçün 70 min dollar (120 min manat) məbləğ lazım idi. Qeyd edilib ki, kampaniya çərçivəsində yığılan əlavə vəsait xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi üçün istifadə ediləcək.

“Bir milyona 10 uşağı xilas edək!” yardım kampaniyası sabah da davam edəcək.