Keçmiş həyat yoldaşı Vanda Nara məhkəmədə “Qalatasaray”ın argentinalı futbolçusu Mauro İkardiyə məhkəmədə uduzub.
Axşam.az xəbər verir ki, məhkəmə Naranın aylıq 250 min avro (500 min manat) aliment tələbini rədd edib.
Bildirilib ki, Vandanın maddi vəziyyəti yetəri qədər yaxşıdır.
Qeyd edək ki, Mauro Vanda Nara ilə 2014-cü ildə evlənib. Cütlüyün 10 illik evliliyindən iki övladı var. Onlar bu il rəsmən boşanıblar.
İkardi boşanma prosesi davam edərkən sevgilisi Çin Suarezə evlilik təklifi də edib.