Zeynəb Cavadlının saxlanılma səbəbi bəlli oldu

Zeynəb Cavadlının saxlanılma səbəbi bəlli oldu
316 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Dubay Əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı gimnast Zeynəb Cavadlı saxlanılıb.

Axşam.az-ın məlumatına görə, onun eks-ərinin şikayəti əsasında saxlanıldığı bəlli olub. Bu barədə BBC-yə Dubay Baş Prokurorluğundan məlumat verilib. 

Azərbaycanlı keçmiş gimnastın eks-həyat yoldaşının iddialarına görə, qadın məhkəmə tərəfindən təsdiq olunmuş görüş sessiyası zamanı uşaqları qaçırıb.

Dubay Baş Prokurorluğu hazırda məsələnin araşdırıldığını qeyd edib. 

Qeyd edək ki, Zeynəb Cavadlı və üç qızının gecə saatlarında Dubay polisi tərəfindən aparıldığı iddia edilir. Məsələ ilə bağlı açıqlama verən idmançının britaniyalı vəkili Devid Heyq bu hadisədən sonra müvəkkili ilə bütün əlaqələrin kəsildiyini bildirib. Zeynəbə dəstək üçün Dubaya yollanan anasının da evə daxil olmasına icazə verilmədiyi və ölkədən çıxışına qadağa qoyulduğu deyilir.

Hadisə ilə əlaqədar artıq BMT-yə müraciət edilsə də, bundan təxminən iki ay əvvəl Dubay məhkəməsinin uşaqların atası Şeyx Səidə verilməsi barədə qərar çıxardığı məlumdur. Sözügedən sənəddə zərurət yaranacağı təqdirdə hökmün "məcburi qaydada və zor tətbiq edilməklə" icra oluna biləcəyi vurğulanıb.