Müğənni Natiq Dağlaroğlu oğluna dördüncü dəfə toy edib.
Axşam.az xəbər verir ki, bununla bağlı görüntülər “Qonaqcanlı” verilişində yayımlanıb. İfaçı bildirib ki, oğlunun dördüncü toy məclisi Laçında keçirilib:
"İstəyirdim ilk toyu Laçında edim. Amma yağışlı hava şəraitinə görə bu mümkün olmadı. Sonradan Həkəri çayının kənarında çox gözəl bir toy etdik".
Qeyd edək ki, sənətçinin oğlu Məhəmməd İsak ailə qurub.