"Taşacak bu deniz" serialının mövsüm finalı münasibətilə keçirilən tədbirlə bağlı müzakirələr səngimək bilmir.
Axşam.az xəbər verir ki, məclisin ardından aktrisa Naz Sayınerin sevgilisi onu instaqram hesabında izləmədən çıxarıb.
Buna səbəb Nazın ekran işində rol alan Erdem Şanlı ilə gecədə kadrlara düşən səmimi görüntüləri olub. Həmin videolardan sonra müzakirələr genişlənib.
Erdem ünvanına yazılan tənqidlərə dözməyib və "X" hesabını bağlayıb.
Qeyd edək ki, daha əvvəl yayılan görüntülərdə "Gökhan" obrazını canlandıran aktyor Ali Önerin eks-nişanlısı Livanur Aydına aktrisa Zeynep Atılqanla xəyanət etdiyi təsdiqini tapıb.
Bundan əvvəl Nazın eyni serialda tərəf müqabili Arda Anaratla, Erdemin isə Zeyneplə sevgili olduğu deyilsə də onlar nə çıxan xəbərləri təsdiqləyib, nə də inkar edib. izləyicilər aktyorların bunu reytinq üçün etdiklərini bildiriblər.