Aktrisa Cəmilə Tağızadə "Royal Fish" mağazasından narazılığını ifadə edib.
Axşam.az xəbər verir ki, aktrisa mağazadan aldığı balıqların keyfiyyətindən şikayətlənib. O bildirib ki, aldığı üç balıqdan ikisi köhnə çıxıb:
"Balıq aldım, amma adınıza layiq deyil. Üç balıqdan ikisi köhnə çıxdı. Hər ikisinin keyfiyyəti yaxşı deyildi. Məni məyus etdiniz. Digər yerlərlə müqayisədə daha baha qiymətə, lakin keyfiyyətsiz məhsul satırsınız. Adınıza layiq keyfiyyətdə balıq satın".