"Nəslimizdə bir iş adamı olub, o da mən. Bitdi".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Qonaqcanlı" verilişində deyib. Müğənni biznes fəaliyyəti ilə bağlı danışaraq bildirib ki, hazırda da sahibkarlıqla məşğuldur:
"Biznessiz necə olar? Necə yaşayaq? Biznesimin istiqamətini bir qədər dəyişmişik. Amma var."
Qeyd edək ki, Nüşabə Ələsgərli bir müddət əvvəl gözəllik salonu fəaliyyəti ilə də məşğul olub.