"Təyyarə sifariş etdim, pulumu mənimsədi" - Diana şikayət etdi

"Təyyarə sifariş etdim, pulumu mənimsədi" - Diana şikayət etdi
1376 dəfə oxunub
  • A-
  • A
  • A+

Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, o, instaqram hesabının hekayə bölməsində "NanoJet" şirkətinin təsisçisi Orxan Pirverdiyevin fotosunu paylaşaraq onunla bağlı izləyicilərinə xəbərdarlıq edib. Diana paylaşımında yazıb ki, adını yazdığı şəxs ona qarşı dələduzluq edib:

"Əziz həmvətənlər! Sizi bu şəxslə tanış etmək və onunla əməkdaşlıq etməməyiniz üçün xəbərdarlıq etmək istəyirəm. Ondan təyyarə sifariş etmişdim və xidmətin ödənişini tam vermişdim. Lakin pulum mənimsənildi, onun üzərinə düşən öhdəliklər isə yerinə yetirilmədi. Nəticədə təyyarənin havaya qalxması üçün bütün ödənişi yenidən etmək məcburiyyətində qaldım.

Bu paylaşımın məqsədi sadəcə baş verənləri danışmaq deyil, digər insanları da xəbərdar etməkdir. Heç kimin belə vəziyyətlə üzləşməsini və öhdəliklərini yerinə yetirməyən, müştərilərini aldadan bir şəxsə etibar etməsini istəmirəm".