Türkiyəli aktyor Kubilay Aka sevgilisi Hafsanur Sancaktutan ilə ayrılması barədə yayılan iddialara münasibət bildirib.
Axşam.az xəbər verir ki, aktyor münasibətlərinin davam etdiyini açıqlayıb.
“Əlaqəmiz davam edir, heç bir problem yoxdur. Münasibətlər sosial mediada yaşanmır”, – deyə Kubilay Aka bildirib.
Qeyd edək ki, cütlüyün bir müddətdir sosial şəbəkədə birlikdə paylaşım etməməsi ayrılıq xəbərlərinə səbəb olmuşdu.