"Belə düşünməyən qızdan həyat yoldaşı olmaz"

"Belə düşünməyən qızdan həyat yoldaşı olmaz"
317 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Ruhəngiz Allahverdiyeva gəlin namizədlərlə bağlı maraqlı açıqlama verib.

Axşam.az xəbər verir ki, sənətçi "Qonaqcanlı" verilişində elçilik zamanı qızlara verdiyi suallardan danışıb:

"Övladlarıma da demişəm ki, gələcək həyat yoldaşınız sizin "yox" gününüzü bilməlidir. Bu gün pul var, sabah olmaya bilər.

Qohumlarım və ya yaxınlarımla elçiliyə gedəndə qızlara sual verirəm ki, "Birdən pulunuz olmadı və evdə bircə toyuğunuz var, nə edərsən?". Deyir ki, "Mənə nə, getsin qazansın". Deyirəm, onda səndən ailə xanımı olmaz.

Məsələn, bir gün iki qanadını bişirib yanına vermişel, bir gün budlarının yanına kartog qoyub hazırlayaram. Ailəni 5 gün yola verərəm. Bu düşüncədə olmayan qızdan həyat yoldaşı olmaz".