Müğənni bacılar Sevil və Sevinc Səfərovalar sosial şəbəkədə ünvanlarına yazılan mənfi rəylərlə bağlı paylaşım ediblər.
Axşam.az xəbər verir ki, sənətçilər bu cür təhqir dolu fikirlərin onları incitdiyini bildiriblər:
“Heç vaxt mənfi rəylərə görə pis olmuram. Təbii ki, təhqir edilmədiyim müddətcə. Amma mənfi rəy görəndə çox heyifslənirəm. Bir insanın gününü gözəl sözlə gözəlləşdirmək mümkün olduğu halda, niyə onu korlayasan ki?”.
Daha sonra ifaçılar onlara yazılan “Dəyişən bir şey yox, yenə çirkinsiniz” rəyə belə cavab verib:
“Pəncərəsi palçıqlı olan insana dünyanın bütün çiçəkləri çirkli görünür. Məncə, dünyaya və insanlara baxdığınız pəncərələri həmişə təmiz saxlayın ki, həyatın bütün gözəlliklərini görə biləsiniz”.