Ayrıldılar...

Ayrıldılar...
202 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Simge Sağının şəxsi həyatı ilə bağlı yeni iddia yayılıb.

Axşam.az xəbər verir ki, bir neçə ay əvvəl DJ İlkay Şencanla eşq yaşadığı ortaya çıxan sənətçinin sevgilisindən ayrıldığı bildirilib. Tərəflər məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməsələr də, sosial şəbəkələrdə baş verən dəyişikliklər ayrılıq iddialarını gücləndirib. 

Qeyd edək ki, Simge uzun müddət şəxsi həyatını mediadan uzaq saxlamağa üstünlük verib. Təxminən dörd il ərzində adı heç kimlə hallanmayan müğənninin İlkay Şencanla münasibəti maqazin gündəmində böyük maraq doğurmuşdu. Cütlük bir müddət sonra birlikdə görüntülənməyə, müxtəlif tədbir və mükafat mərasimlərinə əl-ələ qatılmağa başlamışdı. Bu isə onların münasibətinin ciddiləşdiyi barədə fikirlərə səbəb olub. Simge münasibəti ilk dəfə təsdiqləyərkən sevgisini göz önündə yaşamaq istəmədiyini və nəzərdən çəkindiyini deyib.