ABŞ-yə köçmək bahalaşır - 100 min ödəyəcəksiniz

ABŞ-yə köçmək bahalaşır - 100 min ödəyəcəksiniz
138 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ Prezidenti Donald Tramp administrasiyası ölkəyə immiqrasiyanı məhdudlaşdırmaq məqsədilə “Geeen card”la bağlı şərtləri çətinləşdirməyə hazırlaşır.

Axşam.az xəbər verir ki, onlar ölkəyə köçmək istəyənlərdən 100 min dollaradək ilkin ödəniş tələb etməyi nəzərdən keçirir. Bu haqda “The Wall Street Journal” məlumat yayıb. Amma bu məbləğ müəyyən vaxtdan - ABŞ vətəndaşlığı əldə edildikdən sonra sonra həmin şəxsə geri qaytarıla bilər. Bu prosesin isə bir neçə il çəkə biləcəyi qeyd olunur.

Məlumatda qeyd edilib ki, ABŞ Dövlət Departamenti daimi yaşayış vizaları üçün yüksək məbləğli girov sisteminin tətbiqini müzakirə edir. Təklifə əsasən, bəzi müraciətçilər “Green card” almadan əvvəl müəyyən məbləğdə təminat ödəməli ola bilər.

Planın əvvəlcə az sayda ölkədə sınaqdan keçirilməsi nəzərdə tutulur. Girovun məbləğinin müraciət edən şəxsdən asılı olaraq dəyişə biləcək.

Administrasiyanın əsaslandırmasına görə, məqsəd ABŞ-yə köçən şəxslərin ölkədə maddi təminata malik olmamasının qarşısını almaqdır.

ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott bildirib ki, Prezident Tramp ABŞ-yə immiqrasiya etmək istəyən şəxslərin “maliyyə baxımından özünü təmin etməli olduğunu” açıq şəkildə bəyan edib.

Təklif edilən yüksək məbləğli girovun, əsasən, aşağı gəlirli ölkələrdən gələn müraciətçilər üçün ciddi maneə yaradacağı gözlənilir.

Donald Tramp ötən il ABŞ-də sürətli yaşayış imkanı verən və 1 milyon dollara başa gələn “Tramp qızıl kartı” layihəsini təqdim etmişdi. Lakin təşəbbüsə marağın aşağı olduğu bildirilmişdi.

Məlumata görə, maya qədər bu proqram çərçivəsində cəmi 338 müraciət daxil olub və yalnız bir müraciət təsdiqlənib.