Sıla, İlyas Yalçıntaş və başqa məşhurlar saxlanıldı - Siyahı

Sıla, İlyas Yalçıntaş və başqa məşhurlar saxlanıldı - Siyahı
334 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə tanınmış sənət adamları və iş adamlarına qarşı daha bir genişmiqyaslı narkotik əməliyyatı keçirilib.

Axşam.az xəbər verir ki, İstanbulun Bakırköy Cümhuriyyət Baş Prokurorluğu narkotik vasitələrlə mübarizə çərçivəsində 25 şübhəli barəsində saxlanılma qərarı verib.

Baş Prokurorluğun yaydığı məlumata görə, istintaq zamanı şübhəlilərin narkotik və psixotrop maddələrdən istifadə etdiyi, həmin maddələrin istifadəsini asanlaşdırdığı və ya bunun üçün şərait yaratdığına dair əsaslı şübhələri təsdiqləyən sübutlar əldə olunub. Bununla əlaqədar İstanbul İl Jandarma Komandanlığına iyulun 16-da əməliyyat keçirilməsi, şübhəlilərin saxlanılması, axtarış aparılması, bioloji nümunələrinin götürülməsi və ifadələrinin alınaraq prokurorluğa təqdim edilməsi barədə göstəriş verilib.

Əməliyyat zamanı müğənnilər Sıla Gençoğlu, İlyas Yalçıntaş, tanınmış prodüser Fatih Aksoy, eləcə də Ateş İnce, Öner Faruk Işık, Şefik Ömer Dolman, Aybüke Albere, Ayşe Nur Balcı və İrem Haznedar saxlanılıb.

Saxlanılmasına qərar verilən digər şəxslər isə Orhan Yıldız, Burak Çelik, Volkan Büyükhanlı, Büşra Tatar, Cenk Çöteli, Feyza Cihan, Asude Mercan, H. Eylem İpek Şafak, Gökhan Şafak, Ümit Aslan, Buğra Balkaya, Akın Altan, Oğuz Alp Güler, Kübra Altay, Hilal Zeynep Hedbe və Melis Selçukoğlu olub.

İstintaq davam edir.