"Yazırlar ki, qaçqın Günel" - Video

"Yazırlar ki, qaçqın Günel" - Video
296 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günel Zeynalova ünvanına yazılan təhqiramiz şərhlərə sərt reaksiya verib.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə açıqlamasında sosial şəbəkələrdə onu "qaçqın Günel" adlandıran şəxsləri tənqid edib.

"Mənə yazırlar ki, "qaçqın Güneldir". Əgər elə deyirsinizsə, bəli, "qaçqın Günel"əm. Mən məcburi köçkünəm, Ağdamdan qaçmamışam. Bu cür yazanların hamısını ifşa edəcəyəm".

G.Zeynalova təhqir yazanların hüquqi məsuliyyətə cəlb olunmasının vacibliyini də vurğulayıb:

"Bir çox müğənni də bunu etməlidir ki, insanlar özlərini yığışdırsınlar. Polis sizi çağırsın, cərimə yazsın, siz də, biz də rahatlaşaq. Sosial şəbəkədə insanları təhqir edənlər cəzalandırılmalıdır".

Müğənni Türkiyədə uzun illər yaşaması ilə bağlı iradlara da münasibət bildirib:

"Məni hər iki ölkə sevir. Türk sözlərindən istifadə etməyim kimisə narahat edir. Bu, yanlış deyil. Artıq 30 ildir Türkiyədə yaşayıram, amma yenə də Azərbaycan dilində rahat danışıram. Mənim iki ölkəm var. Saxta profillərdən yazanları da ifşa edəcəyəm".