Xanım İsmayılqızından nəvəsi ilə bağlı paylaşım - Fotolar

Xanım İsmayılqızından nəvəsi ilə bağlı paylaşım - Fotolar
234 dəfə oxunub
  • A-
  • A
  • A+

Şair Xanım İsmayılqızı nəvəsinin universiteti bitirməsi münasibətilə paylaşım edib.

Axşam.az xəbər verir ki, o, nəvəsi Nuray Həsənovanın İstanbuldakı Koç Universitetini bitirdiyini bildirib və onun fotolarını izləyiciləri ilə bölüşüb.

Xanım İsmayılqızı paylaşımında nəvəsini təbrik edərək bunları yazıb:

"Biz məzun olduq! İstanbul, Koç Universiteti. İlkimin ilki, Fidanımın birincisi, gözümün işığı Nuray Həsənova. Səni çəkdiyim bu şəkillərlə təbrik edirəm. Gözün aydın, Fidan Əliyeva. Sənə həmişə fərəh gətirsin. Zəhmətinin bəhrəsini görəsən. Ölkəsinə, ailəsinə xeyirli övlad olsun. Babanın, nənənin gözəli, sevinci. Yolun açıq olsun, quzum".