"Kinoteatrlar dincəlsin, artıq film çəkilmir"

"Kinoteatrlar dincəlsin, artıq film çəkilmir"
179 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Elşən Orucov Azərbaycanda kino sahəsində yaşanan problemlərdən danışıb.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Gənə bax" verilişində açıqlama verib. O bildirib ki, uzun müddətdir müzakirə olunan problemlər həllini tapmaq əvəzinə daha da mürəkkəbləşib:

"Bir mövzunu əvvəllər çox danışanda çarəsi tapılırdı. Bu isə çox danışıldıqca lap əngələ düşdü. İndi ümumiyyətlə film çəkilmir. O qədər danışdıq ki, məsələ qəlizləşdi. Bu işə əngəl olanlar dincəlsin".

E.Orucov yerli filmlərin kinoteatrlar üçün də əhəmiyyətli olduğunu vurğulayıb:

"Film də yoxdur, tamaşaçı da, kinoteatr da. Nə qədər xarici film olar? Yerli filmlər xarici filmlərə də təsir edirdi. Çünki yerli filmə baxmağa gələn tamaşaçı digər filmlərə də maraq göstərirdi".

Aktyor İlkin Həsəni isə "Kinoteatrlar ancaq elektrik enerjisinə pul ödəyirdilər. Amma gəlirimizin 60 faizini götürürdülər. Sonradan onu da istəmədilər" sözlərini əlavə edib.