Keçmiş həyat yoldaşını belə təbrik etdi - Foto

Keçmiş həyat yoldaşını belə təbrik etdi - Foto
403 dəfə oxunub
  • A-
  • A
  • A+

"Klon" serialı ilə tanınan braziliyalı aktrisa Covanna Antonelli keçmiş həyat yoldaşı və həmkarı Murilo Benisionu ad günü münasibətilə təbrik edib.

Axşam.az xəbər verir ki, 55 yaşı tamam olan aktyor üçün sənətçi sosial şəbəkə hesabında nadir arxiv fotosu paylaşıb. Şəkildə cütlük oğulları Pyetro ilə birlikdə yer alıb.

Antonelli paylaşımına yazdığı səmimi sözlərlə diqqət çəkib.

"Ad günün mübarək, Murilo. Mənə ən böyük sevgilərimdən birini – oğlumuzu bəxş etdiyin üçün təşəkkür edirəm. Həyatının yeni mərhələsindən zövq al" deyə, aktrisa bildirib.

Qeyd edək ki, Covanna Antonelli ilə Murilo Benisionun sevgisi "Klon" serialının çəkilişləri zamanı başlayıb. Cütlüyün 2005-ci ildə Pyetro adlı oğlu dünyaya gəlib. Lakin onlar övladlarının doğulmasından qısa müddət sonra ayrılıblar.