Məşhur müğənni və aktrisa Cennifer Lopez “Dolce & Gabbana” brendi üçün obyektiv qarşısına keçib.
Axşam.az xəbər verir ki, 56 yaşlı ulduz İtaliyanın Taormina şəhərində keçirilən “Dolce & Gabbana Alta Moda 2026” tədbiri çərçivəsində brendin xüsusi çəkilişində iştirak edib.
Lopez zinət daşları ilə bəzədilmiş, xüsusi hazırlanmış qızılı, mavi güllü və ağ libaslarla kamera qarşısına keçərək zərif görünüşü ilə diqqət çəkib. Sənətçinin obrazı qızılı aksessuarlar və parlaq makiyajla tamamlanıb.
Qeyd edək ki, Cennifer Lopez uzun illərdir “Dolce & Gabbana” ilə əməkdaşlıq edir və dəfələrlə məşhur italyan moda evinin geyimlərini nümayiş etdirib.