Oğuzhan Uğur saxlanıldı

Oğuzhan Uğur saxlanıldı
112 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə “YouTube” platforması üzərindən yayımlanan “Babala TV”nin təsisçisi Oğuzhan Uğur saxlanılıb.

Axşam.az xəbər verir ki, o, “Ahbap” Dərnəyinin fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində tutulub. Onunla birlikdə ümumilikdə 8 nəfərin saxlanıldığı qeyd edilib.

Xatırladaq ki, O.Uğur 2023-cü ilin fevralında Kahramanmaraşdakı zəlzələdə zərərçəkənlərə yardım məqsədilə kampaniyalar təşkil edirdi. Bu fəaliyyətlə bağlı iyulun 12-də “Ahbap” Dərnəyinin sədri, müğənni Haluk Levent də saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.