Aygün Kazımova festivalın qala konsertində

Aygün Kazımova festivalın qala konsertində
2274 dəfə oxunub
  • A-
  • A
  • A+

Qəbələdə 29 iyul – 3 avqust tarixlərində ilk dəfə “GabalaFest” Beynalxalq tədbiri keçiriləcək.

Axşam.az xəbər verir ki, musiqini, incəsənəti, mədəniyyəti və yaradıcılığı bir araya gətirən “GabalaFest” çərçivəsində konsertlər, sərgilər, kitab yarmarkası, sənət və əl işləri nümayişləri, ustad dərsləri, interaktiv proqramlar və müxtəlif mədəni layihələr təşkil olunacaq.

“GabalaFest” avqustun 3-də möhtəşəm qala-konsertlə başa çatacaq. 

Qala gecənin fəxri qonağı isə ölkənin əsas ulduzu Aygün Kazımova olacaq. Pop diva “GabalaFest” üçün uzun müddətdir xüsusi proqram hazırlayıb. Həmin şou festivalın bağlanışına məxsusi rəng qatacaq. 

Gecədə Pop diva ilə yanaşı məşhur britaniyalı müğənni Fredrik Ferrier də səhnə alacaq. Konsert proqramında ifaçıların sevilən hitləri, Azərbaycan musiqisinin müasir interpretasiyaları və festivalın bağlanışına özəl sürpriz nömrələr təqdim ediləcək.

Konsert proqramında sevilən mahnılar, Azərbaycan musiqisinin müasir interpretasiyaları və festivalın bağlanışına özəl hazırlanmış nömrələr tamaşaçılara təqdim olunacaq.

“GabalaFest” Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və “Gilan”ın dəstəyi ilə keçirilir.