Məşhur müğənni Taylor Svift və amerikalı futbolçu Travis Kelce toy qonaqlarına bahalı hədiyyələr təqdim edib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlüyün Nyu-Yorkda keçirilən toyundan əvvəl təşkil olunan ziyafətə qatılan məşhurlar əllərində qara məxmər hədiyyə qutuları ilə görüntüləniblər.
Məlumata görə, üzərində cütlüyün adlarının baş hərfləri – "TT" həkk olunan qutuların içərisində brilyantlarla bəzədilmiş şampan qədəhləri yer alıb. Hədiyyə dəstinə həmçinin Trevis Kelsinin evlənmə təklifi etdiyi bağdan çəkilmiş fotolar və xatirə kartı da əlavə olunub.
Eyni zamanda dəbdəbəli toyda keçirilən bir saatlıq hədiyyə lotereyası müzakirə yaradıb. "Daily Mail" nəşrinin yazdığına görə, lotereyada "Chanel" çantaları, "Cartier" saatları və 1970-ci il istehsalı olan "Chevrolet Chevelle" avtomobili kimi lüks hədiyyələr oynanılıb.
Toy mərasimində Selena Qomez, Gigi Hadid, Bradley Cuper, Cak Antonoff və Lena Dunham da daxil olmaqla çoxsaylı tanınmış simalar iştirak edib.
Qeyd edək ki, Teylor Svift və Trevis Kelsi iyulun 3-də Nyu-Yorkda ailə qurublar. Xarici mətbuatın yazdığına görə, cütlük toyda xüsusi olaraq onlar üçün hazırlanan "Christian Dior Haute Couture" geyimlərini seçib.