Yelena Sidorenko yeni doğulan övladı ilə - Foto

Yelena Sidorenko yeni doğulan övladı ilə - Foto
296 dəfə oxunub
  • A-
  • A
  • A+

Keçmiş teleaparıcı Yelena Sidorenko sosial şəbəkədə yeni doğulan övladı ilə bağlı paylaşımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, o, övladının fotosunu izləyiciləri ilə bölüşərək duyğusal sözlər yazıb.

“Bəzən ən böyük xoşbəxtliyi hər kəsə göstərmək deyil… Sadəcə onu qorumaq istəyirsən… Canel… Sən həyatımıza yeni bir sevgi, ümid və ən saf xoşbəxtliyi gətirdin.

Həyat bizə hər gün xatırladır ki, ən qiymətli anlar paylaşdıqlarımız deyil, yaşadıqlarımızdır. Sevdiklərinizin qədrini bilin, hər günə şükür edin və xoşbəxtliyinizi sevgi ilə böyüdün” deyə, Yelena paylaşımında bildirib.

Qeyd edək ki, Sidorenkonun bu ilin iyununda ikinci övladı olub. Onun bir qız övladı da var.