Aparıcı Günay Baxşəliyeva arıqlamaq məqsədilə müxtəlif dərman və məhsullardan istifadə edənlərə səslənib.
Axşam.az xəbər verir ki, aparıcı onun fotolarından bu cür məhsulların reklamında istifadə edildiyini bildirib. O bildirib ki, heç vaxt arıqlama məhsulları istifadə etməyib:
“Paylaşırlar ki, bu çayı iç, bu dərmanı qəbul et, arıqlayacaqsan. Bu kimi vədlərə inanmayın. Utanmadan hamiləlik dövrünə aid fotomu və indiki şəklimi yanaşı paylaşıb “Günay bixim məhsullarla arıqladı” yazırlar. Bu doğru deyil. Mən heç bir arıqlama dərmanı qəbul etmirəm”.
Aparıcı əlavə edib ki, bu cür vasitələr sağlamlıq üçün ciddi problemlər yarada bilər:
“İnsanlar gedib həmin dərmanları qəbul edirlər, sonra isə orqanizmlərində qurdlar əmələ gəlir. Nəticədə uzun müddət müalicə almağa məcbur qalırlar”.