"Ulduz müharibələri"nin işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri"nin işıq qılıncı rekord qiymətə satıldı
62 dəfə oxunub
  • A-
  • A
  • A+

"Ulduz müharibələri" filmində aktyor Mark Hemillin istifadə etdiyi işıq qılıncı hərracda rekord qiymətə satılıb.

Axşam.az xəbər verir ki, bu barədə "The Hollywood Reporter" məlumat yayıb.

Bildirilib ki, məşhur rekvizit "Heritage Auctions" hərrac evində 3,75 milyon dollara satılıb. Lotun başlanğıc qiyməti 1 milyon dollar olsa da, yekun məbləğ ekspertlərin proqnozlarını xeyli üstələyib.

Qeyd edək ki, sözügedən işıq qılıncı filmdə "Lyuk Skayuoker"lə "Dart Veyder" arasında baş tutan və kino tarixinin ən yaddaqalan səhnələrindən sayılan döyüşdə istifadə olunub.

Bununla da rekvizit "Ulduz müharibələri" franşizasına aid ən bahalı əşya kimi tarixə düşüb.